"Real" futbolçusuna 750 milyon avro qiymət qoydu

28 Noyabr, 18:58 Sosial mediada paylaşın:
"Real" futbolçusu Federiko Valverde ilə yeni müqavilə imzalayıb.
 
21 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb.
 
Madrid təmsilçisi uruqvaylı oyunçuya 750 milyon avro qiymət qoyub.
 
Qeyd edək ki, F.Valverde bu mövsüm La Liqada 9 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.

CANLI YAYIM