Patrik Klyüvert: “De Liqt “Yuventus”a keçdiyinə peşman olub”

19 Noyabr, 16:04 Sosial mediada paylaşın:
“Barselona” Futbol Akademiyasının idman direktoru Patrik Klyüvert mövsümün əvvəlində “Ayaks”dan “Yuventus”a keçən həmyerlisi Matteys de Liqt haqda açıqlama verib.
 
İspaniyanın “Mundo Deportivo” nəşrinə danışan veteran futbolçu 20 yaşlı müdafiəçinin “Yuventus”a keçdiyi üçün peşman olduğunu söyləyib:
 
 “De Liqt çox yaxşı müdafiəçidir. Ancaq “Yuventus”a transfer olduğu üçün peşman olduğunu düşünürəm. Həyatda çox vaxt vacib qərarlar verməliyik, amma bu qərarlar hər zaman müsbət nəticələnmir”.
 
Qeyd edək ki, yayda “Ayaks”dan 85 milyon avroya İtaliya təmsilçisinə keçən M. De Liqt üçün “Barselona” da rəsmi təklif etmişdi. Ancaq gənc futbolçu Kataloniya klubunun təklifini rədd edərək, “Yuventus”a keçdi.
 
Əlavə edək ki, Hollandiya millisinin üzvü bu mövsüm Turin klubunun heyətində ümumilikdə, 12 oyuna çıxıb, 1 qol vurub.