Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazanıb

12 Noyabr, 17:37 Sosial mediada paylaşın:
Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazanıb.
 
Buna paralimpiya çempionu Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatı nail olub. O, mundialın 5-ci günündə F56 kateqoriyasında lövhə atma yarışında  41.58 metrlik nəticə göstərib. 4-cü yerə çıxan Musayev "Tokio-2020"yə lisenziya əldə edib. 
 
Beləliklə, "Tokio-2020"yə lisenziya qazanan Azərbaycan idmançılarının sayı 7-yə yüksəlib.
 
Qeyd edək ki, dünya çempionatı noyabrın 15-dək davam edəcək.

CANLI YAYIM