"Yuventus" Qonsalo İquainlə müqaviləni yeniləyir

12 Noyabr, 13:36 Sosial mediada paylaşın:
İtaliyanın “Yuventus” klubu futbolçusu Qonsalo İquainlə müqaviləni yeniləyəcək.
 
Bu barədə “Sky Sport Italia”ya Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi bildirib. 
 
Onun sözlərinə görə, 31 yaşlı argentinalı forvardla yeni sözləşmə imzalamağa yaxındırlar.
 
İquainin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda baş çatır.
 
Qeyd edək ki, “Yuventus” İquaini 2016-cı ilin yayında “Napoli”dən 90 milyona avroya alıb. Təcrübəli hücumçu ötən mövsüm icarə əsasında İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” komandalarının formasını geyinib.