"Beşiktaş" Portuqaliyaya baş məşqçisiz getdi

7 Noyabr, 12:30 Sosial mediada paylaşın:
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Braqa” ilə qarşılaşacaq  "Beşiktaş" Portuqaliyaya gedib.
 
İstanbul təmsilçisi səfərə baş məşqçi Abdullah Avcısız yollanıb. Türk mütəxəssis səhhətində problem yarandığı üçün İstanbulda qalıb. Onun səhhətində irəliləyiş təqdirdə, sabah Portuqaliyaya gedəcəyi bildirilib.
 Qeyd edək ki,  “Braqa” - “Beşiktaş” görüşü sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.