Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə yoldaşlıq oyunları keçirəcək

2 Dekabr, 11:00 Sosial mediada paylaşın:
Dekabrın 4-dən 6-dək Bakıda, 6-dan 10-dək isə Dubayda 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-18 dekabrın 7-də və 9-da Birləşmiş Ərəb Əmirliklərinin U-18 komandası ilə qarşılaşacaq.
Hazırlıq prosesinə 25 futbolçu dəvət olunsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Hazırlıq prosesinə Sahib Həsənov (“Keşlə”), Xəyal Feyzullayev (“Sumqayıt”), Rəvan Kazımlı (“Neftçi”), Emin Rüstəmov (“Səbail”), Fariz Xeyrullayev (“Neftçi”), İbrahim Ramazanov (“Qəbələ”), Sadiq Bagiev (“Kuban”, Rusiya), Nuğay Rəşidov (“Qəbələ”), Hüseyn Məmmədzadə (“Neftçi”), İxtiyar Məmiyev (“Qəbələ”), Ayxan Süleymanov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Bahadur Quliyev (“Neftçi”), Nəriman Axundzadə (“Qarabağ”), Xəyal Əliyev (“Sabah”), Qurban Səfərov (“Keşlə”), Şahin Şahniyarov (“Qəbələ”), Fərid Kələntərov (“Qəbələ”), Elcan Əbilov (“Neftçi”), Nicat İsmayılov (“Qarabağ”), Mahmud Ağayev (“Zirə”), Nahid Əliyev (“Moskovskaya zastava”, Rusiya), Məhəmməd Əliyev (“Səbail”), Ağadadaş Salyanski (“Neftçi”) və Şahmar Aşurov (“Sabah”) dəvət olunublar.

CANLI YAYIM