DÇ-2022: Azərbaycan millisi Serbiyaya uduzaraq qrupda sonuncu yeri tutub

13 Oktyabr, 11:30 Sosial mediada paylaşın:
Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Yığmamız A qrupundakı 7-ci matçında Serbiyanın qonağı olub. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılan görüşü Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edib. Bu komandaların Bakıdakı görüşündə serbiyalılar qalib gəlmişdi - 2:1. Cavab matçında da sevinən tərəf Serbiya yığması olub - 3:1. Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi evdə Lüksemburqu 5:0 məğlub edib. DÇ-2022, seçmə mərhələ, VIII tur A qrupu Serbiya - Azərbaycan - 3:1Qollar: D.Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2Hakimlər: Erik Lambrexts, Rien Vanizer, Jo De Vayrdt, Natan Verboomen (Belçika)Belqrad.

CANLI YAYIM