"İnter" liderliyə yüksəlib

22 Sentyabr, 16:24 Sosial mediada paylaşın:
İtaliya A süriyasında 5-ci turunda “Fiorentina” - “İnter” matçı diqqət mərkəzində olub. 23-cü dəqiqədə hesab açılıb. Rikardo Sottil meydan sahiblərinə üstünlük qazandırıb. Fasiləyə kimi hesab dəyişməyib. 2-ci yarıda “İnter” futbolçuları dönüş ediblər. 52-ci dəqiqədə Matteo Darmian tarazlığı bərpa edib. Az sonra Edin Ceko 2-ci topu “Fionretina”nln qapısından keçirib. 78-ci dəqiqədə meydan sahiblərindən Nikolas Qonzales etirazlara görə ardıcıl sarı vərəqələrlə cəzalanaraq meydandan çıxarılıb. Sonuncu qol 87-ci dəqiqəyə təsadüf edib. İvan Perişiç mübarizəyə nöqtə qoyub:  Fiorentina - İnter 1-3
“Atalanta” öz meydanında “Sassuolo”dan güclü olub. Matçda bütün qollar 1-ci hissədə vurulub. 3-cü dəqiqədə Berqamo klubunun heyətində Robin Qozens hesabı açıb. 37-ci dəqiqədə Davide Zappakosta fərqi artırıb. Sassuolo fasiləyə kimi tiplardan birinin əvəzini çızıb. 44-cü dəqiqədə Domeniko Berardi qonaqları ümidləmdirib. Lakin fasilədən sonra başqa qol qeydə alınmayıb. Beləliklə “Atalanta” 2:1 hesabilə qələbə qazanıb. 
5-ci turun “Bolonya” – “Cenoa” qarşılaşmasında qalib müəyyənləşməyib -2:2 
Qələbə sayəsində xallarının sayını 13-ə çatdıran “İnter” A seriyasında liderliyə yüksəlib. 

CANLI YAYIM