AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb

18 Oktyabr, 10:21 Sosial mediada paylaşın:
AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb.
 
2020-ci il Avropanın çempionatının rəsmi topunun fotosunu "Footy Headlines" portalı dərc edib.
Topa "Uniforia" adı verilib.
 
"Uniforia" - yenilikdir. O, iki hissədən - unikallıqdan və eyforiyadan ibarətdir. Adın izahı sadədir - qarşıdakı qitə birinciliyi öz növündə yeganə olacaq. Məsələ burasındadır ki, Avropa çempionatı əvvəllər heç vaxt eyni vaxtda 12 ölkədə, 12 stadionda keçirilməyib.
 
Yenilik rəsmən 2019-cu ilin noyabrında ictimaiyyətə təqdim ediləcək. 
 
Qeyd edək ki, UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının  4 matçı Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır. 

CANLI YAYIM