"Sabah"da iki yeni futbolçu

27 İyul, 14:23 Sosial mediada paylaşın:
Gürcüstanda toplanışını davam etdirən "Sabah" yoxlanışa 2 futbolçu dəvət edib.
Onlardan biri Azərbaycan əsilli rusiyalı İlqar Ələkbərovdur. 20 yaşlı vinger hazırda azad agentdir. O, Rusiya U-18 millisində də çıxış edib. Digər futbolçu isə gürcüstanlı Mikheil Ergemlidzedir. 21 yaşlı hücumçu son mövsümü "Adana Dəmirspor"da keçirib. Gürcüstanın aşağı yaş qruplarında oynamış gənc futbolçu "Dinamo" Tbilisi klubuna məxsusdur. Hər ki oyunçu barədə son qərar yoxlama oyunlarından sonra veriləcək.

CANLI YAYIM