Tokio-2020: komanda yarışlarında mübarizə davam edir

27 İyul, 12:05 Sosial mediada paylaşın:
Tokio Olimpiya Oyunlarında kişilərin voleybol yarışı davam edir. B qrupunda keçirilən Braziliya-Argentina matçı prinsipiallığı ilə diqqət çəkib. Argentina millisi ilk iki setdə qalib gəlsə də, Braziliyalılar geri dönüş etməyi bacarıb – 2:2. Tay breykdə də rəqibindən üstün olan braziliyalılar 3:2 hesabilə qalib gəliblər.
Kişilərin basketbol turnirində C qrupunun matçlarına start verilib. Argentina – Sloveniya matçı bərabər mübarizə şəraitində keçib. Oyun boyu üstünlüyünü qoruyan sloveniyalılar yekunda qalib gəliblər – 100:118 Sloveniyalıların heyətində Luka Donçiç 48 xal, 11 ribaund və 5 assistlə matçın ən yaxşısı seçilib. Bununla da sloveniyalı bir matçda ən çox xal toplayan basketbolçu kimi rekorda şərik olub. Digər rekordçu avstraliyalı Ed Palubinskas 1976-cı il Monreal Olimpiya oyunlarında 48 xalla yadda qalmışdı.

CANLI YAYIM