Tokio-2020-də ikinci günün icmalı

26 İyul, 12:47 Sosial mediada paylaşın:
Tokio Yay olimpiya oyunlarında basketbol yarışlarına start verilib. Yarışın əsas favoriti Amerika Birləşmiş Ştatları seçməsi gözlənilmədən Fransa millisinə məğlub olub. Amerikalı basketbolçular böyük fasiləyə üstün yollansalar da yekunda 83-76 hesabilə məğlub olublar. Matçın ən yaxşısı Fransa yığmasından 28 xal, 4 ribaund və 1 məhsuldar ötürmə ilə Evan Furne seçilib. Xatırladaq ki, bu basketbol yaradıcılarının 2004-cü ildən bəri ilk, ümumiilikdə isə, Olimpiyada tarixində 6-cı məğlubiyyətidir.
Çin milli komandası ağırlıqqaldırma yarışlarında 2 qızıl medala sahib çıxıb. Kişilərin mübarizəsində Li Fabin və Çen Liyun müvafiq olaraq 61 və 67 kq çəkidə bu uğura nail olublar. Əlavə edək ki, qadınların yarışında da Çinli atlet fərqlənib. 49 kq çəkidə yarışan Xou Çixuey 210 kq ağırlığı başı üzərinə qaldırıb. Bu eyni zamanda yeni Olimpiya rekordudur.
Qılıncoynatma idman növündə də mübarizə davam edir. Amerika Birləşmiş Ştatları təmsilçisi Li Kifer 45 kq çəkidə milli komandasının aktivinə daha bir qızıl medal yazdırıb. O, həlledici görüşdə Rio olimpiyadasının qalibi rusiyalı İnna Deriqlazovanı 15-13 hesabilə məğlub edib.
Taekvandoçuların yarışında da maraqlı nəticələr qeydə alınıb. Özbəkistanlı Uluqbəy Raşidov 68 kq çəkidə, Olimpiya qızılını təmin edib. qadınların mübarizəsində isə,  Birləşmiş Ştatlar təmsilçisi Anastasiya Zolotiç Rusiya Olimpiya Komitəsinin idmançısı Tatyana Kudaşovaya qalib gələrək Olimpin zirvəsinə yüksəlib.
Qadınların velosiped yarışı sürpriz nəticə ilə yadda qalıb. Avstriyalı Anna Kizenxofer 3 saat 52 dəqiqə davam edən şosse yürüşündə finişə bütün rəqiblərində daha tez çatıb. Ekspertlər Niderlandlı dünya və Olimpiya çempionu Anna van der Breqqen isə, yürüşü ikinci  tamamlayıb. İlk 3-lüyü isə, İtaliyalı Eliza Borcini qapayıb.
Yaponiyalı skeytbordçu Momidzi Nisiya Olimpiyada tarixinə keçib. O, 13 yaş 330 günlüyündə çempion adını qazanıb. Bu sahədə Olimpiya rekordu isə, Birləşmiş Ştatlar təmsilçisi Marcori Qestrinqə məxsusdur. Sözügedən atlet suyatullanma idman növündə 13 yaş 268 günlüyündə fərqlənib.

CANLI YAYIM