“Tokio-2020”: Stend atıcımız finala çıxa bilməyib

26 İyul, 12:42 Sosial mediada paylaşın:
Tokioda Azərbaycan idmançılarının da iştirak etdiyi Yay Olimpiya Oyunları davam edir.
İdmançımız Emin Cəfərov stend atıcılığının skit növündə təsnifat mərhələsinin ikinci yarış günündə mübarizə aparıb.
Təmsilçimiz ümumi nəticəyə görə, 116 xalla 30 iştirakçı arasında 26-cı olub. O, bu göstəriciyə görə, finala çıxa bilməyib. Təsnifat mərhələsində ən yaxşı nəticə göstərən 6 atıcı finala vəsiqə əldə edib.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Komandamız medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan millimiz 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

CANLI YAYIM