Açılış mərasimindən sonra olimpiya məşəli söndürülüb

24 İyul, 10:55 Sosial mediada paylaşın:
Tokio Olimpiadasının açılış mərasimi başa çatdırıldıqdan sonra stadionda alovlandırılan olimpiya məşəli söndürülüb.
Digər Olimpiadalardan fərqli yarışlar başa çatana qədər məşəl stadionda alovlandırılmayacaq. 2018-ci ildə Beynəlxaq Olimpiya Komitəsinin qəbul etdiyi qərara əsasən, bundan sonra olimpiya məşəli yalnız yarışların açılış və bağlanış mərasimində stadionda alovlanacaq. Buna baxmayaraq məşəl Tokionun Ariake rayonuna aparılıb. Yarışların əksər hissəsi bu ərazidə keçiriləcəyindən onun orada alovlanması qərara alınıb.

CANLI YAYIM