Tokio-2020: koronavirusa yoluxanların sayı 110-a yüksəlib

23 İyul, 14:30 Sosial mediada paylaşın:
Tokio Olimpiadası üçün qeydiyyatdan keçən idmançı, nümayəndə heyətləri və mətbuat işçiləri arasında koronavirusa yoluxanların sayı sürətlə artır.
Ötən gün ərzində daha 19 nəfərdə yoluxucu infeksiya aşkarlanıb. Onlardan yalnız 3-ü Yaponiyaya gələn əcnəbi idmançıdır. Digər 16 şəxs jurnalist və nümayəndə heyətinin üzvüdür. Beləliklə də, Tokio Olimpiadası üçün qeydiyyat keçən şəxslər arasında koronavirusa yoluxanların sayı 110-a yüksəlib.

CANLI YAYIM