"Keşlə" Konfrans Liqasında mübarizəyə başlayır

22 İyul, 13:17 Sosial mediada paylaşın:
“Keşlə” Uefa Konfrans Liqasında mübarizəyə başlayır. Komandamız turnirin ikinci təsnifat mərhələsində Rusiyada “Soçi” klubunun futbolçuları ilə qarşılaşacaq. Oyundan əvvəl təşkil olunan mətbuat konfransında hər iki komandanın baş məşqçisi jurnalistlərin sullarını cavablandırıb.   Keşlə"nin baş məşqçisi Sənan Qurbanov rəqib barədə məlumatlı olduqlarını bildirib: "Meydana öz oyunumuzu oynamaq üçün çıxacağıq. Əlbəttə, "Soçi" ciddi rəqibdir. Nəticənin necə olacağını zaman göstərəcək" sitatın sonu. .
Baş məşqçi həm müdafiədə, həm də hücumda ideal oynamaq istədklərini vurğulayıb: "Bunu komanda şəklində etməliyik. Futbolda top buraxırsan, qol vurursan. Yəni, belə hallar çox olur. Hazırda Azərbaycan Premyer Liqasında fasilədir. Avrokuboklar başqa səviyyədir. Burada maksimal konsentrasiya lazımdır. Futbolçulara bu barədə məlumat vermişik" - deyə Sənan Qurbanov bildirib.
"Soçi" klubunun baş məşqçisi Vladimir Fedotov deyib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: “Matça yaxşı hazırlaşmışıq. Azarkeşlərimizə baxımlı oyun göstərmək istəyirik. Avrokuboklarda debüt etməyimizə baxmayaraq, komandada gərginlik yoxdur. Doğru yolda əmin addımlarla irəliləyirik . "Keşlə" barədə müəyyən məlumatlar toplamışıq. Amma heç bir oyununa baxa bilmədik. Çünki yoxlama matçlarını yerli komandalara qarşı keçiriblər. Bununla belə, hansı üslubda oynadıqlarını bilirik. Düşünürəm ki, matçın ilk 10 dəqiqəsi rəqibin oyununu analiz etmək üçün yetərli olacaq".
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20-də başlayacaq Soçi – Keşlə matçını albaniyalı hakim Enea Yorci idarə edəcək. Qarşılaşma “İdman TV “ də canlı yayımlanacaq.

CANLI YAYIM