"Miluoki" seriyada fərqi azaltdı

12 İyul, 16:12 Sosial mediada paylaşın:
Milli Basketbol Asosiasiyasında mübarizə sona yaxınlaşpır.
Final seriyasının üçüncü görüşü keçirilib. “Finiks Sans” “Miluoki Baks”ın qonağı olub. İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Finiks” basketbolçuları birinci dövrəni üstün başa vurublar – 28:25. Növbəti hissədə üstünlüyü ələ alan Miluoki komandası böyük fasiləyə 60:45 hesabı ilə öndıə yollanıb. Təşəbbüsü əldən verməyən meydan sahibləri 3-cü dövrədə də rəqiblərinə qalib gəliblər. Sonuncu hissədə məğlub olmasına baxmayaraq meydan sahibləri yekunda qələbə qazanıblar. “Miluoki Baks” - “Finiks Sans”: 120-100.
Matçın ən yaxşısı Yannis Adetokumbo seçilib. Finiks basketbolçusu 41 xal, 13 ribaund, 6 məhsuldar ötürmə ilə diqqət çəkib. Beləliklə, “Miluoki Baks” final seriyasinda fərqi azaldıb: 1-2.

CANLI YAYIM