Məşhur tennisçi yenidən olimpiadada iştirak etmək qərarına gəlib

15 Oktyabr, 10:16 Sosial mediada paylaşın:
İsveçrəli tanınmış tennisçi Roje Federer Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək.
Jurnalist Endi Şoler "Twitter"də 38 yaşlı idmançının sitatını yazıb: "Bir neçə həftə ərzində qarşıdakı mövsüm Uilmbldon və ABŞ Açıq çempionatı (US Open) arasında nə edəcəyimizi komanda ilə müzakirə etdik. Sonda yenidən olimpiadada oynamağa qərar verdim", - Federer vurğulayıb. 
Qeyd edək ki, Roje Federer 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibidir. O, 2012-ci il Londondakı olimpiadada gümüş medal qazanıb. 

CANLI YAYIM