Avropa Liqasında finalçılar məlumdur

7 May, 12:55 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında yarımfinal mərhələsnin cavab oyunları keçirilib.
İlk görüşdə “Roma”nı 6:2 hesabı ilə məğlub edən “Mançşester Yunayted” bu dəfə rəqibi ilə səfərdə qarşılaşıb. Matça daha yaxşı başlayan İngiltərə təmsilçisi ilk hissədə hesabı açıb. Fasilıə ərəfəsində Edinson Kavani fərqlənib. İkinci yarıda “Roma” təşəbbüsü ələ alıb. Meydan sahibləri ardıcıl 2 qolla önə keçiblər. Əvvəlcə Edin Dzeko rəqib qapısına yol tapıb. Daha sonra Brian Krtistante diqqət mərkəzinə düşüb. 68-ci dəqiqədə tarazlıq bərpa olunub. Kavani dubl edib – 2:2. 83-cü dəqiqədə avtoqol müəllifi olan Aleks Telles rəqibə qələbə qqzandırıb. “Roma” – “Mançşester Yunayted” 3:2. Buna baxmayaraq iki oyunun nəticəsinə görə üstün olan İngiltərə komandası finala yüksəlib.
Digər görüşdə isə “Vilyarreal” “Arsenal”ın qonağı olub. Oyunda hesab açılmayıb. İlk matçda 2 cavabsız qolla qalib gələn İspaniya təmsilçisi adını finala yazdırıb. Həlledici qarşılaşma mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

CANLI YAYIM