Çempionlar Liqasında ingilis finalı

6 May, 14:30 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında hər iki finalçı müəyyənləşib.
“Çelsi” Madriddə “Real”la 1:1 hesablı heç-heçə edəndən sonra “Kral klubu”nu Londonda qəbul edib. “Zadəganlar” qarşılaşmaya güclü hücumlarla başlayıblar. Onlar 28-ci dəqiqədə istəklərinə çatıblar. Kay Havertsin qolkiperin başı üzərindən aşırdığı top tirə tuş gəlsə də, qayıdan topu Timo Verner boş qapıdan keçirib. İlk hissə minimal hesabla başa çatıb. “Real” fasilədən sonra dönüş edə bilməyib. Əvəzində vaxtın yekunlaşmasına 5 dəqiqə qalmış Kristian Pulişiçin ötürməsindən sonra Meyson Maunt Madrid futbolçularını cəzalandırıb. 2 görüşün yekununa əsasən, “Çelsi” “Real”dan 3:1 hesabilə üstün olaraq tarixində 3-cü dəfə finala çıxıb. London klubu 2012-ci ildə Çempionlar Liqası kubokuna yiyələnib. İlk dəfə finala vəsiqə qazanan “Mançester Siti”yə qarşı  həlledici görüş mayın 29-u İstanbul “Atatürk olimpiya stadionu”nda keçiriləcək. 

CANLI YAYIM