Ramil Şeydayev "Krılya Sovetov"dan təklif alıb

6 May, 12:10 Sosial mediada paylaşın:
Millinin və «Sabah»ın hücumçusu Ramil Şeydayev yenidən Rusiyaya qayıda bilər.
Belə ki, keçmiş klubu «Krılya Sovetov» ona dəvət göndərib. 2018-ci ildə «Qarabağ»dan ayrılandan sonra Samara klubuna yollanan forvard ikinci dəfə burada çıxış edə bilər. Bunun üçün o, «Krılya»nın 1 illik müqavilə təklifini qəbul etməlidir. Qeyd edək ki, “Krılya Sovetov” hazırda Rusiya birinci divizionunun lideridir. 40 tura 93 xal toplayan komanda premyer-liqaya vəsiqəni təmin edib.

CANLI YAYIM