Dünya çempionatının keçiriləcəyi arena hazır vəziyyətdə deyil

5 May, 17:12 Sosial mediada paylaşın:
Latviya mayın 21-də start götürəcək xokkey üzrə dünya çempionatını təşkil etməyə hazır deyil.
Təşkilatçılar Riqadakı “Dauqava” arenasının buz örtüyünü hazır vəziyyətə gətirməkdə problem yaşayırlar.  Yerli mətbuata açıqlama verən çempionatın təşkilat komitəsinin rəhbəri Edqars Buntsis vəziyyətdən çıxa bilmədiklərini etiraf edib. O nə qədər çalışsalar da, işlərin qaydasında getmədiyini söyləyib.  Buntsis hətta B planlarının olmadığını da etiraf edib.  Maraqlıdır ki, “Dauqava” arenası mart ayının ortalarına qədər hazır olmalı idi. Hazırda areanda buz örtüyünü qoruyub saxlamaq üçün soyuducu sistemi belə quraşdırılmayıb. Latviya mətbuatının məlumatına görə, arenanın hazır vəziyyətə gətirlməsi üçün təşkilatçılar hər gün 5 min avro xərcləyir. Xatırladaq ki, Latviya dünya çempionatına Belarusla birgə ötən il ev sahibliyi etməli idi. Amma koronavirus pandemiyasına görə mundinal təxirə salındı. Bu il isə təşkilatçılıq hüququ Belarusun əlindən alındı. Görünənən odur ki, Latviya da çempionata təkbaşına evsahibliyi etmək iqtidarında deyil...

CANLI YAYIM