"Qarabağ" "Zirə" ilə oyunda xal itirdi

5 May, 11:21 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 25-ci turunda maraqlı nəticələr qeydə alınıb.
Son oyun günündə əvvəlcə “Qarabağ” “Zirə”ni qəbul edib. Qurban Qurbanov – Rəşad Sadıqov dueli gərgin mübarizə şəraitində keçib. İlk hissədə iki ardıcıl qol vurulub. 16-cı dəqiqədə qonaqlar hesabı açıblar. Fakuno Melivilo fərqlənib. “Zirə”nin qol sevinci cəmi 2 dəqiqə çəkib. Abdullah Zubir tarazlığı bərpa edib. Qalan vaxtda hesab dəyişməyib – 1:1. Xal itirməsinə baxmayaraq, “Qarabağ” 51 xalla liderliyə yüksəlib. Ən yaxın izləyicisi “Neftçi”nin 50 xalı var. “Zirə” isə 34 xalla ilk üçlüyü tamamlayıb.
 Turun son matçında “Sumqayıt” “Sabah”ı qəbul edib. Əksəriyyət meydan sahiblərinin qələbəsinə inansa da, qonaqlar bu fikirdə olanları yanıldıblar. “Sabah” 2 cavabsız qolla qalib gəlib. Mario Marina və Tiemoko Fofana fərqlənib. Beləliklə, “Sabah” 5-ci pilləyə qalxıb. “Sumqayıt” 33 xalla 4-cüdür.

CANLI YAYIM