"Fənərbağça" Alanyada xal itirib

30 Aprel, 14:10 Sosial mediada paylaşın:
Türkiyə Super Liqasının 38-ci turuna yekun vurulub. Ən yadda qalan qarşılaşmalardan biri Ərzurum şəhərində keçirilib. Yerli komanda doğma meydanda çempion “Başakşəhər”lə üz-üzə gəlib. Qarşılaşmaya daha yaxşı başlayan Ərzurum klubu 5-ci dəqiqədə hesabı açıb. Emrah Başsan dəqiq zərbə ilə topu qapıdan keçirib. Çox keçmədən Aykut Kocamanın komandası azlıqda qalıb. Aleksandr Epuryanu birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Uğursuzluğa baxmayaraq İstanbul təmsilçisi fasilədən sonra təşəbbüsə yiyələnib. 58-ci dəqiqədə Naser Şadli tarazlığı bərpa edib. Qarşılaşmanın sonlarında isə Fredrik Qulbrandsen komandasına qələbə qazandırıb. “Ərzurumspor” – “Başakşəhər” 1:2.
“Fənərbağça” isə Alanya səfərində xal itirib. 43-cü dəqiqədə “sarı lacivərdlər” azlıqda qalıblar. Gökan Gönül birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Qapıların toxunulmaz qaldığı oyunda tərəflər hərəyə 1 xalla kifayətləniblər. Beləliklə, 38 turdan 73 xal qazanan “Fənərbağça” 2-ci pillədəki mövqeyini qoruyub və əzəli rəqibi “Qalatasaray”dan 1 xal irəlidədir. Çempionata 78 xalla “Beşiktaş” başçılıq edir.

CANLI YAYIM