Bu gün Avroliqada yarımfinalçılar müəyyənləşəcək

15 Aprel, 16:13 Sosial mediada paylaşın:
Bu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək. Turnirin iddialılarından “Mançester Yunayted” “Old Trafford”da “Qranada”nı qəbul edəcək. İspaniyada rəqibinə 2:0 hesabı ilə qalib gələn “mankunyan”lar cavab matçına böyük üstünlüklə çıxacaqlar.
İngiltərənin digər komandası “Arsenal” isə səfər matçında uğur qazanmağa çalışacaq. “Topçular” Praqada “Slaviya”nın qonağı olacaqlar. Xatırladaq ki, ilk oyunda “Arsenal” Londonda qələbəni son saniyələrdə əldən vermişdi.
Günün maraqla gözlənilən matçlarından biri İtaliyada olacaq. Paytaxt Romada eyni adlı komanda “Ayaks”ı qəbul edəcək. Xatırladaq ki, ilk qarşılaşmada “Roma” Amsterdamda rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Zaqrebdə “Dinamo”nu minimal hesabla məğlub edən “Vilyarreal” isə cavab matçına üstünlüklə çıxacaq. Komandanın cari turnirdə məğlub olmadığını da xatırladaq. Qeyd edək ki, ¼ final mərhələsinin bütün cavab görüşləri Bakı vaxtı ilə saat 23-də başlanır.

CANLI YAYIM