"Neftçi" "Keşlə"nin hücumçusu ilə maraqlanır

15 Aprel, 12:56 Sosial mediada paylaşın:
«Neftçi» «Keşlə»nin hücumçusu Anatolie Abanqı transfer etmək istəyir.
Klub nümayəndələri qarşı tərəflə əlaqə saxlayaraq, kamerunlu legionerin müqavilə şərtləri ilə maraqlanıb. Qış fasiləsində 1 illik müaviləyə imza atmış afrikalı forvardın aylıq məvacibi 10 min dollardır. “Keşlə” ilə maliyyə məsələsində razılıq əldə olunsa, mövsümün sonunda kamerunlu forvardın “Neftçi”yə keçidi ilə bağlı danışıqlara başlanılacaq. Qeyd edək ki, Anatoli Abanq Moldovanın “Şerif” klubundan “Keşlə”yə transfer olunub.

CANLI YAYIM