Olimpiadanın simvolları və maskotları təqdim olunub

14 Aprel, 17:10 Sosial mediada paylaşın:
Bu ilin iyulunda keçiriləsi Tokio Yay Olimpiya oyunlarının startına 100 gün qalıb.
Bu münasibətlə Yaponiya paytaxtında olimpiadanın simvolu və yarışın maskotlarının açılışı olub. Təşkilat komitəsinin prezidenti Yasuhiro Yamasita və şəhər qubernatoru Yuriko Koike jurnalistlərə açıqlama verərək mötəbər yarışın keçiriləcəyindən əmin olduqlarını dilə gətiriblər. Onlar səhiyyə işçilərinin vəziyyətin sabitləşməsi üçün əllərindən gələni etdiklərini deyiblər. Maraqlıdır ki, təşkilatçılar Tokio Yay Olimpiya oyunlarını təşkil etməkdə israrlı olsalar da, ölkə əhaləsinin əksəriyyəti bu fikri dəstəkləmir. Sonuncu sorğuda Yaponiyanın 80 faizinin olimpiadanın təxirə salınmasını, yaxud ləğv olunmasını istədiyi məlum oldu. Sonda xatırladaq ki, 4 illiyin zirvə yarışı iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.

CANLI YAYIM