Milli Gimnastika Arenasında yarışlar keçiriləcək

14 Aprel, 12:45 Sosial mediada paylaşın:
Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi edəcək.
Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə Nazirlər Kabinetinin yeni qərarına əsasən pandemiya səbəbindən təxirə salınmış və bu ilin mayında keçirilməsi gözlənilən turnirlərin əhəmiyyəti nəzərə alınaraq tədbirlərin təşkilinə icazə verilib. 
 
Bu yarışlar Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku turniri, aerobika gimnastikası üzrə Yarışlar və bu növ üzrə Dünya Çempionatıdır.
Turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun şəkildə, tamaşaçısız keçirilməsi planlaşdırılır.

CANLI YAYIM