"Şalke" 13 oyuluq sindroma son qoyub

12 Aprel, 18:30 Sosial mediada paylaşın:
Almaniya bundesliqasının 28-ci turunda autsayderlərdən “Şalke” “Auqsburq”u qəbul edib. Helzenkirxen klubu 13 oyundan sonra nəhayət qalib gəlib. Suat Serdarın 4-cü dəqiqədə vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.
“Köln” – “Maynts” matçı məhsuldarlığı ilə seçilib. Qonaqlardan Jan Pol Boetyus 11-ci dəqiqədə hesabı açıb. Fasiləyə kimi Ondrey Duda penaltidən lazımınca yararlanaraq tarazlığı bərpa edib. 2-ci yarıda daha 3 qol vurulub. 61-ci dəqiqədə Elye Shiri meydan sahiblərini yenidən önə çıxarıb. Az sonra Karim Onisivo hesabı bərabərləşdirib. Matçın taleyini həll edən qol isə sona yaxın qeydə alınıb. Leandru Barreyru fərqlənərək “Maynts”ın 3:2 hesabilə qələbəsini təmin edib. Komanda hazırda 28 xalla 14-cüdür. “Köln” isə 23 xalla təhlükəli zonada – 17-cidir. 28 görüşdən 65 xal toplayan “Bavariya” yarış cədvəlinə başçılıq edir. “Leyptsiq” 60 xalla 2-ci, “Volfsburq” 54 xalla 3-cüdür.

CANLI YAYIM