"Mançester Yunayted" Londonda "Tottenhem"dən üstün olub

12 Aprel, 15:14 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında 31-ci tur keçirilir. “Mançester Yunayted” ill dövrədə 1:6 hesabilə uduzduğu “Tottenhem”i səfərdə məğlub edib. Halbuki ilk qolu “mahmızlar” vurublar. 40-cu dəqiqədə Son Hyunq Min “qırmızı şeytanlar”ın qapısına yol tapıb. Fasilədən sonra oyunun məzmunu dəyişib. “Mançester Yunayted” futbolçuıarı birinci yarıda buraxııan 1 topun əvəzini artıqıaması ilə çıxıbıar. Əvvəlcə 57-ci dəqiqədə Fred tarazlığı bərpa edib. 79-cu dəqiqədə Edinson Kavani hesabı Mançester klubunun xeyrinə dəyişib. Nəhayət sona yaxın Meyson Qrinvud yekun nəticəni müəyyənləşdirib: “Tottenhem” – “Mançester Yunayted” 1:3 
“Arsenal” səfərdə “Şeffild Yunayted”dən 3:0 hesabı ilə üstün olub. Topçulardan Aleksandr Lyakazet dubl edib. Digər qolu isə Martinelli vurub.
UEFA Çempionlar Liqasına vəsiqə uğrunda yarışan komandaların matçında qonşu pillələrdə qərarlaşan “Vest Hem” və “Lester” qarşlaşıb. Görüş məhsuldarlığı ilə seçilib. London klubuna gələndən əla çıxışı ilə seçilən Cessi Linqard birinci hissədə dubı edib. Fasilədən sonra “Vest Hem”in heyətində Carrod Bouen fərqi 3 topa çatdırıb.  Keleçi İhenaçonun dublu “tülkülər” üçün yalnız təsəlli olub: “Vest Hem” – “Lester Siti” 3:2 
"Börnli" “Törf Mur”da hesabı açdığı oyunda “Nyukasl”a uduzub. 18-ci dəqiqədə Matey Vıdra meydan sahiblərini irəli çıxarsa da, 2-ci yarıda Ceykob Mörfi və  Alan Sen Maksimen “sağsağanlar”ın dönüşünü təmin edib. Beləliklə “Nyukasl” səfərdə “Börnli”ni 2:1 hesabilə məğlubiyyətə uğradıb. 
Yarış cədvəlinə gəlincə, bu turda uduzan “Mançester Siti” 74 xalla zirvədədir. Ehtiyatda 1 görüşü olan “Mançester Yunayted” 63 xalla 2-ci yerdədir. “Lester” 56 xalla 3-cü, “Vest Hem” 55 xalla 4-cüdür. 

CANLI YAYIM