Amit Quluzadə Estoniya klubu ilə razılığa gələ bilmədi

7 Aprel, 11:05 Sosial mediada paylaşın:
Azərbaycanlı futbolçu Amit Quluzadə klub axtarışlarını davam etdirir.
Son olaraq təcrübəli futbolçunun Estoniyanın “Legion” klubuna keçmək variantı ortaya çıxıb. Ancaq müəyyən səbəblərdən danışıqlar yarımçıq dayandırılıb. Ancaq Quluzadənin yay transfer pəncərəsində klubla danışıqları yenidən bərpa oluna bilər. Qeyd edək ki, Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Rəvan”, “Sumqayıt”, “Səbail”də oynayan Amit Quluzadə Türkiyə, Portuqaliya, Yunanıstan, Bosniya və Hersoqovinada da legioner həyatı yaşayıb. O, son olaraq Moldovanın “Milsami” komandasında çıxış edib.

CANLI YAYIM