"Barselona" liderlə xal fərqini azaltdı

6 Aprel, 14:49 Sosial mediada paylaşın:
İspaniya la liqasında 29-cu turun daha bir oyununda “Barselona” və “Valyadolid” komandaları üz-üzə gəlib.
Lider “Atletiko”nun məğlubiyyətindən sonra Kataloniya futbolçularını bu görüşdə yalnız qələbə qane edirdi. Ronald Kumanın komandası çətin olsa da, bu vəzifənin öhdəsindən gəlib. Birinci hissəsi 0-0 hesabilə yekunlaşan matçda əsas hadisələr fasilədən sonra baş verib. 79-cu dəqiqədə “Valyadolid” azlıqda qalıb. Oskar Plano meydandan çıxarılıb. Say üstünlüyü qazanan “Barselona” son dəqiqədə istəyinə nail olub. Usman Dembele qarşılaşmanın qəhrəmanına çevrilib. Onun yaxın küncə dəqiq zərbəsi Kataloniya klubunun qələbəsini təmin edib. Bununla “Barselona” çempionluq yarışında imkanlarını xeyli artırıb. Ronald Kumanın komandası xallarının sayını 65-ə çatdırarqq lider “Atletiko” Madridlə xal fərqini 1-ə qədər azaldıb. Paytaxtın digər təmsilçisi “Real” isə 63 xalla 3-cü yerdədir. 

CANLI YAYIM