"Qarabağ" "Keşlə"nin futbolçusu ilə maraqlanır

5 Aprel, 14:04 Sosial mediada paylaşın:
"Qarabağ" "Keşlə"nin müdafiəçisi Azər Salahlını transfer etmək isəyir.
Hazırda sol cinahda problemi olan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu mövqedəki boşluğu Salahlı ilə doldurmaq istəyir. Qeyd edək ki, Azər son vaxtlar yaxşı formadadır və artıq millinin də əsas heyət üzvünə çevirilməyə başlayıb. Mövsümün sonunda “Keşlə” ilə müqaviləsi başa çatacaq oyunçu ilə artıq indidən ilkin razılığın əldə edildiyi bildirilir.

CANLI YAYIM