İtaliya millisi Vilnüsdə 2 cavabsız qolla qalib gəlib

1 Aprel, 17:25 Sosial mediada paylaşın:
Dünya çempionatının seçmə mərhələsində C qrpunda çıxış edən İtaliya millisi Vilnüsdə Litva komandası ilə qarşılaşıb. Görüşün ilk hissəsində hesab açılmayıb. Fasilədə Roberto Mançininin etdiyi əvəzetmələr öz bəhrəsini verib. Stefano Sensi meydana daxil olandan 2 dəqiqə sonra fərqlənib. Görüşün sonunda isə Çiro İmmobile hesabı 2:0 edib. Ardlıcıl 3-cü qələbəsini qazanan İtaliya millisi maksimum nəticə ilə qrupa başçılıq edir. Qeyd edək ki, “Skuadro adzurro” artıq 25 matçdır ki, uduzmur. Bununla da komanda Marçelo Lippinin başçılığı altında 2004-2006-cı illərdə əldə etdiyi nəticəni təkrarlayıb. Rekorda isə 5 oyun var. Vittoriyo Potsonun baş məşqçisi olduğu İtaliya seçməsi 1935-1939-cu illərdə 30 oyun ardıcıl məğlub olmayıb.
Qeyd edək ki, C qrupunun digər matçı Belfastda olub. Şimali İrlandiya – Bolqarstan görüşündə hesab açılmayıb. Bununla da hər iki komanda cari seçmə mərhələdə ilk xalını əldə edib.

CANLI YAYIM