Norveçlilər estafet yarışının qalibi oldu

5 Mart, 15:32 Sosial mediada paylaşın:
Almaniyada xizək idmanı üzrə dünya çempionatı davam edir. Turnirində 11-ci günündə  qadınlar  arasında estafet və kişilər arasında isə fərdi və komandada ikinövçülük yarışı keçirilib.  Norveçli və avstriyalı xizəkçilər bu yarışlarda fəxri kürsünün ən üst pilləsinə qalxıb.
Qadınlar arasında  hərəyə 5 km məsafəyə estafet yarışında Norveç millisi uğula çıxış edib.  Tiril Odnes Venq, Heydi Venq, Tereza Yohauq və Marie Fosseholm qızıl medal qazanıblar. Skandinavlar finiş xəttini  53 dəqiqə 43 saniyəyə qət ediblər. Qeyd edək, komandanın lideri Tereza Yohauq karyerasında 13-cü dəfə dünya çempionu olub.  Yarışda ikinci yeri Rusiya yığması  tutub. Şimal qonşularımız  liderdən 26,6 saniyə geridə qalıb. Bürünc medala isə Finlandiya xizəkçiləri layiq görülüb..
Kişilər arasında fərdi   ikinövçülük yarşında 19 yaşlı avstriyalı Yohannes Lamparter qalib gəlib. O, 10 km məsafəni 23 dəqiqə 11 saniyəyəyə baş
Ondan 37 saniyə saniyə geri qalan Yarl Maqnus Riiber gümüş, yaponiyalı Akito Vatabe isə bürünc mükafata sahib olub.
. Kişilərin komanda çoxnövçülük yarışında norveçli xizəkçilər 50 dəqiqə 15 saniyə nəticə ilə çempion olub. Almaniya 2-ci, Avstriya komandası mübarizəni 3 yerdə tamamlayıb.
10 qızıl, 8 gümüş və 6 bürünc medalla Norveç  komanda hesabında ilk pillədədir.  Hərəyə 2 qızıl medal qazanan İsveç və Avstriya milliləri 2-ci -3-cü yerləri bölşür.

CANLI YAYIM