"Küləyə qalib gəl" adlı marafonun qalibi müəyyənləşib

6 May, 12:00 Sosial mediada paylaşın:
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu” keçirilib.
"Küləyə qalib gəl" şüarı ilə 7-ci dəfədir təşkil edilən tədbirdə 18 mindən çox iştirakçı qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar olub. Yürüşün start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib. Kişilər arasında türkiyəli Ahmet Alkanoğlu finişə birinci çatıb. Ukraynalı Boqdan Semenoviç ikinci, uqandalı İsmail Ssenyange 3-cü yeri tutub. Qadınlar arasında ukraynalı Natalya Simonoviç ötən marafonda olduğu kimi bu dəfə 1-ci olub. Azərbaycanlı Anna Yusupova finiş xəttini 2-ci, qazaxstanlı Nelli Qaitova isə 3-cü keçib.

CANLI YAYIM