Atıcılarımız lisenziya turnirinə hazırlaşırlar

5 Mart, 12:04 Sosial mediada paylaşın:
Pandemiya dövründə idmanın əksər sahələri kimi , atıcılıq növündə də durğunluq  yaşandı. Sərt karantin qaydaları səbəbindən yarışlar ləgv olundu, ya da qeyri müəyyən vaxta təxirə salındı. Milli komandamızın üzvləri də mövcud şəraitlə bağlı ölkədaxili, eləcə də bır sıra beynəlxalq turnirdən kənarda qaldı. Bəs olimpiya ilində komandamızda hazırkı vəziyyət necədir?
Atıcılıq üzrə milli komandamız bir çox yarışdan kənarda qalsa da hazırda əsas diqqətlər may ayında keçiriləcək lisenziya xarakterli turnirə yönəlib. Xorvatiyadakı yarış Tokio Olimpiya Oyunlarına qatılmaq baxımından idmançılarımız üçün son imkan olacaq. Yaponiya paytaxtında keçiriləcək 4 illiyinin zirvə yarışında hələlik bir atıcımızın iştirakı rəsmiləşib. Ruslan Lunyov 2019-cu ildə İtaliyanın Boloniya şəhərində təşkil olunan güllə atıcıllığı üzrə Avropa çempionatında qızıl medal qazanmaqla olimpiadaya lisenziyanı təmin edib. Komandamız Tokio olimpiadasında daha çox idmançı ilə təmsil olunmaq üçün hazırlığı davam etdirir.
Qeyd edək ki, Tokio yay olimpiya oyunları  bu il iyulun 23-dən avqutun 8-dək keçiriləcək.
 

CANLI YAYIM