"Fənərbağça" səfərdə "Olimpiya Milan"ı məğlub edib

4 Mart, 16:34 Sosial mediada paylaşın:
“Fənərbağça” basketbolçuları Avroliqanın 27-ci turunda azarkeşlərini sevindirib. Qardaş Türkiyə klubu Milan səfərində “Olimpiya”nı məğlubiyyətə uğradıb. İstanbul komandası 3-cü perioddan təşəbbüsə yiyələnərək fərqi artırıb. Yekunda qonaqlar 100:92 hesabilə qələbə qazanıblar. “Fənərbağça” hazırda 8-ci, “Olimpiya Milano” isə 3-cüdür.
Pley-of zonasından kənarda olan komandaların görüşündə isə “Baskoniya” və “Olimpiakos” üz-üzə gəlib. İspaniya basketbolçuları rəqibini ciddi çətinlik çəkmədən məğlub ediblər 91:66. Bu, 10-cu yerdə qərarlaşan Baskoniya klubunun ardıcıl 5-ci qələbəsidir. Ardıcıl 7-ci qarşılaşmada uduzan “Olimpiakos” isə 13-cüdür. Yarış cədvəlinə “Barselona” başçılıq edir. Moskva SSKA-sı 2-ci sıradadır.

CANLI YAYIM