"Qarabağ" zirvəyə yüksəldi

3 Mart, 11:25 Sosial mediada paylaşın:
Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qarabağ” “Qəbələ”ni qəbul edib. Oyuna gözlənildiyi kimi meydan sahibləri daha yaxşı başlayıblar. İlk hissədə 3 qol vurulub. Hesab 22-ci dəqiqədə açılıb. Filip Ozobiç fərqlənib. Çox keçmədən Qurban Qurbanovun komandası penalti imkanı qazanıb. Qapıçı ilə dueldə qalib gələn Filip Ozobiç dubl edib. 38-ci dəqiqədə Ağdam təmsilçisi qonaqların qapısından 3-cü topu keçirib. Mahir Emreli mükəmməl zərbə ilə azarkeşlərini sevindirib – 3:0. İkinci yarıya məğlub başlayan “Qəbələ” çox çalışsa da, heç nə ilə yadda qala bilməyib. 3 cavabsız qolla qalib gələn “Qarabağ” 36 xalla zirvəyə yüksəlib.
Daha bir görüşdə isə “Səbail” “Keşlə”ni qəbul edib. Oyunda 2 qol vurulsa da, qalib müəyynələşməyib. 54-cü dəqiqədə qonaqlardan Tural Axundov fərqlənib. 75-ci dəqiqədə isə meydan sahiblərindən Peyman Keşavarzi rəqib qapısına yol tapıb – 1:1. “Səbail” 17 xalla 6-cı, “Keşlə” 16 xalla 7-cidir.

CANLI YAYIM