"Arsenal" Lester səfərindən 3 xalla qayıdıb

1 Mart, 15:00 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasının 26-cı turunda “Arsenal” “Lester”in qonağı olub. Görüşə meydan sahibləri daha yaxşı başlayıblar. 6-cı dəqiqədə Yuri Tilemans hesabı açıb. Mikel Artetanın komandası əzmkar oyunla hesabda önə keçməyi bacarıb. Fasiləyədək David Luizlə Alenksandr Lyakaset fərqlənib. İkinci yarıda isə Nikolya Pepe mübarizəyə nöqtə qoyub. “Arsenal” 3-1 hesabı ilə qalib gəlib.
“Tottenhem” isə “Börnli”ni qəbul edib. Meydan saahibləri 4 cavabsız qolla qalib gəliblər. Joze Mourinyonun komandasından Qaret Beyl dubl etdiyi halda, Harri Keynlə Lukas hərəyə bir dəfə fərqlənib.
Son 4 oyunda məğlub olan “Liverpul” autsayder “Şeffild Yunayted”lə görüşdə qələbəyə iddialı idi. İlk hissədə qonaqlar çox çalışsalar da, meydan sahiblərinin güclü müqavimətinə rast gəliblər. Hücumlarını davam etdirən Yurgen Kloppun komadası 48-ci dəqiqədə hesabı açıb. Körtis Cons fərqlənib. “Şeffild Yunayted”in heyətindən isə Kin Brayan avtoqol müəllifi olub. 2 cavabsız qolla qalib gələn “Liverpul” 43 xalla 6-cıdır. Yarış cədvəlinə 62 xalla “Manester Siti” başçlıq edir. “Mançester Yunayted” 2-ci, “Lester” 3-cü pillədə qərarlaşıb.

CANLI YAYIM