BƏƏ-dəki çoxgünlük velomarafon davam edir

25 Fevral, 16:36 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərində çoxgünlük velomarafon davam edir.
Yarlışın 4-cü mərhələsi Birləşmiş Ərəb Əmirliklərinin Əl Mərcan adalarında təşkil olunub. Velosipedçilər burada 204 km məsafəyə yarışıblar. Ən yaxşı nəticəni iralnadiyalı Sem Bennet göstərib. “Quik Step” komandasının üzvü məsafəni 4 saat 51 dəqiqə 51 saniyəyə qət edib. O ən yaxın rəqiblərini cüzi fərqlə qabaqlayıb. “Jumbo Visma” komandasının niderlandlı üzvü Devid Dekker ikinci yeri tutub. “Lotto Soudel” komandasının avstraliyalı velosipedçisi Yun Kaleb isə finiş xəttini 3-cü keçib. 4 mərhəldən sonra ümumi sıralamnada ilk 3-də dəqyişiklik olmayıb.    Birləşmiş Ərəb Əmirlikləri komandasının sloveniyalı üzvü Tadey Poçaqar əvvəlki kimi liderdir. “Aynios Qrenadiers” komandasının btitaniyalı Adam Yets,  Quik Step komandasının portuqaliyalı üzvü Joa Almeyda isə 3-cüdür. Velosipdçilər 5-cü mərhələdə 170 km məsafəyə yarışacaqlar.  7 mərhələdən ibarət turnirə fevarlın 27-də yekun vurulacaq

CANLI YAYIM