"Kristal Pelas" "Brayton" səfərindən 3 xalla dönüb

23 Fevral, 13:28 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasının 25-ci turunda “Brayton” “Kritsal Pelas”ı qəbul edib.
Görüş gərgin mübarizə şəraitində keçib. Qonaqlar ilk hissədə hesabı açıblar. 28-ci dəqiqədə Jan-Filip Mateta meydan sahiblərini mərkəzə dəvət edib. Fasiləyə məğlub yollanan “Brayton” ikinci yarıda hücumlarını gücləndirib. Nətiəcədə 55-ci dəqiqədə tarazlıq bərpa olunub. Coel Veltman hədəfi dəqiq nişan alıb – 1:1. Qalan vaxtda meydan sahibləri təzyiqi daha da artırsalar da qələbə qolunu vura bilməyiblər. Əvəzində qonaqlar fərqləniblər. Matçın son dəqiqələrində “Kristal Pelas” mübarizəyə nöqtə qoyub. Kristian Benteke yekun nəticəni müəyyənləşdirib. 2:1 hesabı ilə qalib gələn “Kristal Pelas” 32 xalla 13-cüdür. 3 pillə geridə olan “Brayton”un 2 xalı var. Yarış cədvəlinə 59 xalla “Mançester Siti” başçılıq edir.

CANLI YAYIM