"Mançester Siti" daha bir rekordu yenilədi

18 Fevral, 16:35 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında 16-cı turdan təxirə salınmış oyun keçirilib. Çempionluğa iddialı lider “Mançester Siti” “Everton”un qonağı olub.
Oyunda hesab 32-ci dəqiqədə açılıb.
“Everton” – “Mançester Siti” oyununda ilk qol 32-ci dəqiqəyə təsadüf edib. “Şəhərlilər”in yarımmüdafiəçisi Fil Fodenin zərbəsindən sonra Şeymus Kolmana da dəyən top qapıya daxil olub. Lakin qonaqların qol sevinci çox çəkməyib. Az sonra Rişarlison tarazlığı bərpa edib. İlk hissə 1:1 hesabı ilə yrkunlaşıb. Pep Qvardiolanın komandası təşəbbüsə yiyələnərək qələbəni təmin edib. 63-cü dəqiqədə Riyad Mahrez gözəl zərbəylə Mançester klubunu yenidən önə keçirib. 77-ci dəqiqədə isə Bernardu Silva qapını dəqiq nişan alıb. Qalan vaxtda başqa qol olmayıb. “Mançester Siti” “Everton”u 3:1 hesabilə məğlub edərək İngiltərə çempionatında yeni rekordun müəllifi olub. “Şəhərlilər” ilin əvvəlindən ardıcıl 10-cu matçda qalib gəliblər. Ölkə futbolu tarixində hələ heç bir komanda təqvim ilinin başlanğıcından belə nəticə göstərə bilməyib.
“Fulhem” – “Börnli” oyununda qalib müəyyənləşməyib. Hesab fasilədən sonra açılıb. 49-cu dəqiqədə meydan sahiblərindən Ola Eynanın toxunuşundan sonra qapıya gedən topu Robbi Bredi xəttdən çıxara bilməyib. Amma çox keçmədən hesab bərabərləşib. Eşli Barns hədəfdən yayınmayıb. Bu qol matçda sonuncu olub - 1:1.
Xallarının sayını 56-ya çatdıran zirvədə möhkəmlənib. Komandanın ən yaxın izləyiciləri “Mançestür Yunayted” və “Lester Siti” liderdən 10 xal geri qalır.

CANLI YAYIM