"Sabah"ın futbolçusu xəstəxanadan evə buraxıldı

17 Fevral, 10:35 Sosial mediada paylaşın:
"Sabah"ın "Zirə"yə qarşı Premyer Liqanın XV tur oyununda (2:2) zədələnərək xəstəxanaya yerləşdirilən futbolçusu Tiemoku Fofana evə buraxılıb. 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, müayinələrdən sonra Fil Dişi Sahilindən olan futbolçuda beyin silkələnməsi aşkarlanmayıb. 3 dişi qırılan forvardın dodağına tikiş atılıb. Fofana qarşıdakı iki günü istirahət etməklə keçirəcək. Ardınca o, məşqlərə başlaya bilər. Xatırladaq ki, 21 yaşlı futbolçu "Zirə" ilə matçda rəqib futbolçu ilə toqquşduqdan sonra mübarizəni davam etdirə bilməmiş, birbaşa xəstəxanaya aparılmışdı.

CANLI YAYIM