Rouz yenidən "Nyu-York"a qayıtdı

7 Fevral, 12:00 Sosial mediada paylaşın:
Bir vaxtlar “Çikaqo”da Maykl Cordanın sələfi kimi təqdim olunan Derrik Rouz son illər imkanlarından aşağı səviyyədə çıxış edir. 32 yaşlı basketbolçu “Bullz”u tərk etdikdən sonra digər klublarda öz mövqeyini qoruya bilmir. Amerikalı basketbolçu növbəti dəfə iş yerini dəyişməli olub.
Derrik Rouz karyerasını növbəti dəfə “Nyu York”da davam etdirəcək. “Niks” 32 yaşlı basketbolçunu yenidən heyətinə qatmaq üçün “Detroyt Pistons”la razılığa gəlib. Miçiqan klubu Rouzun qarşılığında “Nyu-York”dan Dennis Smit və draft-pik hüququnu ələ keçirib. Xatırladaq ki, 2008-ci ildə “Çikaqo” Derrik Rouzu ilk sıradan draft etmişdi. “Bullz”un heyətində 2011-ci ildə MBA-nın ən dəyərli oyunçusu seçilən Rouz sonradan müntəzəm olaraq zədələndiyinə görə formasını bərpa edə bilməyib. 2016-cı ildə “Nyu-York”a keçən Rouz burada bir mövsüm oynadıqdan sonra “Klivlend”, “Minnesota” və “Detroyt”da çıxış edib. Liqada keçirdiyi 611 görüşdə hər oyuna orta hesabla 18,7 xal toplayan Rouz bu mövsüm 15 matçda meydana çıxıb.

CANLI YAYIM