Avroliqanın favoritləri uduzdu

5 Fevral, 16:44 Sosial mediada paylaşın:
Basketbolçuların Avropa Liqasında 24-cü tur başlanıb. İlk görüşlər maraqlı nəticələrlə diqqət çəkib. Pley-ofa iddialı olan Türkiyənin “Anadolu Efes” komandası səfərdə liderə qalib gəlib. Qardaş ölkə təmsilçisi 5 oyundur qələbə qazanan “Barselona”dan üstün olub. Türkiyə basketbolçuları böyük fasiləyə kimi 3 xal fərqilə irəli keçiblər. Onlar digər bölümlərdə də təşəbbüsü əldən verməyərək yekunda 88:86 hesabilə qələbə qazanıblar. Bununla kataloniyalılar yeni ildə ilk dəfə məğlubiyyətə düçar olublar.
Lider “Barselona”nın ən yaxın izləyicisi Moskva SSKA-sı da 24-cü turda uduzub. Paytaxt klubu səfərdə “Valensiya” ilə bacarmayıb. 4 periodun yekununda heç-heçə qeydə alınıb – 84:84. Qalibi müəyyənləşdirmək üçün təyin olunan əlavə vaxtda İspaniya klubu daha inamlı təsir bağışlayaraq 105:103 hesabilə qələbə qazanıb. Uğursuz nəticələrə baxmayaraq liderlərin mövqeyi dəyişməyib. “Barselona” əvvəlki kimi ilk pillədə, Moskva ÇSKA-sı isə 2-ci sıradadır. “Olimpiya Milano” ilk 3-lüyü tamamlayır.

CANLI YAYIM