"Yuta Cazz" səfərdə qələbə qazanıb

5 Fevral, 15:38 Sosial mediada paylaşın:
Şərq konfransında pley-ofa çıxmaq uğrunda mübarizə aparan “Atlanta Houks” ardıcıl 3-cü görüşdə uduzub.
“Atlanta” basketbolçuları doğma meydanda Qərb konfransının lideri “Yuta Cazz”la bacarmayıblar. Böyük fasiləyə kimi 8 xal fərqilə irəli çıxan Yuta klubu    digər hissələrdə üstünlüyünü daha da möhkəmlədərək qarşılaşmanı 112:91 hesabilə qalib tamamlayıb. Komandanın heyətində Cordan Klarkson 23 xal, 7 ribaundla oyunun ən yaxşısı seçilib. “Yuta Cazz” qələbə sayəsində Qərb konfransında liderliyini möhkəmlədib. “Atlanta Houks” Şərq konfransında 6-cıdır. “Filadelfiya Seventi Siksers” zirvədədir.

CANLI YAYIM