"Keşlə" Sadio Tounkara ilə müqavilə bağladı

14 Yanvar, 16:30 Sosial mediada paylaşın:
"Keşlə" heyətinə yeni futbolçu qatıb.
Klubun rəsmi saytı xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib. 28 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, bu mövsümün sonunadək "Keşlə"nin şərəfini qoruyacaq. Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"da oynayıb.

CANLI YAYIM