MXL ən yaxşı oyunçuların siyahısını açıqladı

12 Yanvar, 17:20 Sosial mediada paylaşın:
MXL-də yeni mövsüm yanvarın 14-də start götürəcək. Turnirin rəsmi saytında müntəzəm çempionatdan əvvəl reytinq cədvəli tərtib edilib. Hazırda dünyanın bir nömrəli xokkey liqasının ən yaxşı oyunçularının reytinqindən xəbərdar olmaq istəyirsinizsə, süjeti izləyin.
Milli Xokkey Liqası hazırda çempionatda çıxış edən ən yaxşı 50 oyunçunun reytinqini tərtib edib. Siyahının ilk pillələrində gözlənildiyi kimi kanadalı xokkeyçilər qərarlaşıb. 2015-ci ildə “Edmonton Oylers”in draft etdiyi Konor Makdevid reytinqdə birinci yeri tutub. Onun həmvətəni, “Kolorado Evelanş”da çıxış edən Natan Makkinon ikinci pilləni tutubsa, üçüncü yerdə Makdevidin komanda yoldaşı Leon Drayzaytl qərarlaşıb. Almaniyalı Drayzaytl kimi ilk 10-luğa bir neçə avropalı da düşüb. Rusiyalı xokkeyçiləri xüsusi fərqləndirə bilərik. “Reyncers”də oynayan Artemiy Panarin 4-cü, “Tampa Bey”in forvardı Nikita Kuçerov 7-ci, “Vaşinqton”un kapitanı Aleksandr Oveçkin 8-ci yeri tutub. Siyahıda olan digər avropalılara gəlincə, çexiyalı hücumçu David Pasternyak 5-cidir. İsveçli müdafiəçi Viktor Hedman isə 9-cu sıradadır. İlk 10-luğu qapayan yeganə amerikalı “Toronto”da çıxış edən Oston Metyusdur. MXL-in ən nüfuzlu oyunçularından olan “Pittsburq”un əfsanəvi hücumçusu Sidni Krosbi 5-ci yeri tutub.
 

CANLI YAYIM