"Spetsiya" ardıcıl 2-ci oyunda da qalib gəlib

12 Yanvar, 15:30 Sosial mediada paylaşın:
İtaliya A seriyasında 17-ci tur başa çatıb.
Turun sonuncu oyununda debütant “Spetsiya” “Sampdoriya”nı qəbul edib. Meydan sahibləri 20-ci dəqiqədə üstünlük qazanıblar. Klaudio Tertsi hesabı açıb. Lakin çok keçmədən tarazlıq bərpa olunub. Antomio Kandreva meydan sahiblərinin qapısına yol tapıb. İlk hissə 1:1 hesabilə başa çatıb. Fasilədən sonra “Spetsiya” futbolçuları yenidən önə çıxıblar. Nbala Nzola penaltini dəqiq yetirib. Qalan vaxtda qonaqlar məğlubiyyətdən xilas ola bilməyiblər. Beləliklə “Spetsiya” 2:1 hesabıyla meydanı qalib kimi tərk edən "Spetsiya" ardıcıl ikinci oyununda da qələbə qazanıb. Vinçentso İtalyanonun komandası xallarının sayını 17-ə çatdıraraq yarış cədvəlində 16-cı yerdən 14-cü pilləyə yüksəlib.  “Sampdoriya” isə 20 xalla 11-cidir. 17 matçdan 40 xal toplayan “Milan” zirvədədir. 3 xal az toplayan “İnter” 2-ci, “Roma” 34 xalla 3-cüdür. 

CANLI YAYIM